Ev Binə Zavod yolundadır. Yolu asfaltdır. İşıq, qaz və dövlət suyu daimidir. Koridor otaq ölçüsü qədər genişdir 5,70 * 2,50 . Koridordan əlavə geniş ayaqaltı otağı var. Kombi xətləri atılıb. Əlavə olaraq həyətində 10 tonluq yüksək standartlara uyğun su hovuzu inşaa edilmişdir. Evin həyətdə yerləşməsi ideal yerdədir. Belə ki, həyətin ön hissəsində obyekt və ya əlavə ev inşaası üçün ərazi nəzərdə tutulmuşdur. Şanbon 27 kub dur. Böyük və keyfiyyətli materialdan darvaza hazırlanmışdır. Həyətində 3-4 maşın rahatlıqla yerləşir. Küçə genişdir. Ev şəhid Samir Şükürov küçəsində yerləşir. Küçə təhlükəsiz və işıqlıdır. Yaxınlıqda marketlər, məktəb və bağça yerləşir.